19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.