Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarıqızının ölüm səbəbi açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Ülviyyə Yaşarqızı gecə saat 4-də ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, onun Gülnar adlı 13 yaşlı qızı var.