Samux rayonunda "Vaz 2107" markalı avtomobillə "Hundai" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər həyatını itirib, daha bir neçə nəfər xəsarət alıb.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Xəstəxanaya çatdırılan yaralılar arasında azyaşlı da var.
Faktla bağlı araşdırma başlanılıb.