Populyar mesajlaşma tətbiqi "WhatsApp" 1 iyun 2025-ci il tarixindən etibarən köhnə əməliyyat sistemlərini işlədən cihazlarda işləməyəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Meta" şirkətinin tərkibində fəaliyyət göstərən tətbiq minimum sistem tələblərini yeniləyərək istifadəçiləri daha müasir cihazlara keçməyə təşviq edir. Əvvəlcə 5 may üçün planlaşdırılan bu dəyişiklik 1 iyuna təxirə salınıb.
Yeni qaydalara əsasən, "WhatsApp" yalnız iOS 15.1 və daha yuxarı versiyalı "iPhone"larda və "Android 5.0" və sonrası sistemlərdə işləyəcək.
Bu dəyişikliklə bağlı aşağıdakı "iPhone" modelləri təsirlənə bilər:
- iPhone 5s
- iPhone 6
- iPhone 6 Plus
- iPhone 6s
- iPhone 6s Plus
- iPhone SE (1-ci nəsil)
Qeyd edək ki, adı çəkilən modellər "iOS 15.8.4" versiyasına qədər dəstəkləndiyi üçün, hələlik "WhatsApp" istifadəsi mümkün olacaq. Ancaq bu dəstəyin 1-2 il içində tamamilə dayandırılması gözlənilir.