Türkiyənin tanınmış aktrisası Şerif Sezer Muğla vilayətinin Milas rayonunda yol qəzası keçirib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı 26 yaşlı sürücü Ş.A-nın idarə etdiyi avtomobil sükanın idarəetməsini itirərək Şerif Sezerin maşınına çırpılıb. Qəza nəticəsində sürücü yaralanıb, lakin aktrisa heç bir xəsarət almayıb və dostunun maşını ilə yoluna davam edib .

Şerif Sezer "Asmalı Konak" və "Yalı Çapkını" seriallarındakı unudulmaz rolları ilə tanınır. Son olaraq, "Yalı Çapkını" serialında "Hattuç xala" obrazını canlandırmış və 2023-cü ilin may ayında serialdan ayrıldığını açıqlamışdır .

Hadisə yerinə təcili tibbi yardım və yol polisi qrupları göndərilib. Qəzanın təfərrüatları araşdırılır.