Siyəzən rayonunda məktəbdə 59 yaşlı kişinin meyiti tapılıb.

Metbuat.az-ın məlumatına görə, hadisə Siyəzən Peşə Məktəbində baş verib. Məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş otağında aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.