Xəbər verdiyimiz kimi, qondarma separatçıların Qarabağdakı "keçmiş dövlət naziri" Ruben Vardanyan bu gün saxlanılıb.

Metbuat.az xəbər verir ki, o, Laçın sərhəd-keçid məntəqəsindən qaçmaq istəyərkən hərbçilərimiz tərəfindən ələ keçirilib.

Sosial şəbəkələrdə onun sərhəddən qaçmaq istəyərkən istifadə etdiyi avtomobilin fotosu yayılıb.

Qeyd edək ki, Vardanyan istintaqa təhvil verilməsi üçün Bakıya gətirilib.