Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Arıçılıq vasitəsi ilə ucqar bölgə və kəndlərdə yaşayan məcburi köçkün və qaçqınlara yardım etmək və ətraf mühiti yaxşılaşdırmaq üçün "Arı mənim işimdir" layihəsi həyata keçirilib. Bu könüllü layihə onun qurucusu olan Van Kimin öz tələbə təşkilatı G.İ.V.E-in Bakı Beynəlxalq Məktəbi ilə əlaqə qurması nəticəsində yaranıb. Layihə əsasən iki dövrü əhatə edir: 1-ci sessiya 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabr, 2-ci sessiya 2018-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayınadək (4-cü bölüm) nəzərdə tutulub.
Layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkünlərin özlərinin yaşayışını təmin edə bilmələri üçün iqtisadi müstəqillik və mobilliklə təchiz etmək, şəhər və kənd ərazilərində arıların sayını artırmaq, ətraf mühitə fayda verməkdir.
Van Kim yay tətili müddətində - 2017-ci ilin iyul-avqust aylarında arı və arıçılıqla bağlı tədqiqatlar aparıb. Sentyabr ayında "Arı mənim işimdir" layihəsini planlaşdıraraq inkişaf etdirib. G.İ.V.E məktəbində görüşlər təşkil edərək məktəb yoldaşlarını bir araya toplayıb və oktyabr ayında həmin layihəni Xocavənd rayonunun icra başçısına yönləndirib. Həmçinin rayonun iqlim şərtlərinə uyğunlaşdırmaq üçün arıçılıqla bağlı kurikulumu layihələndirib.
O, layihənin maddi tərəfini həll etməyə məktəbdə vafli satışı həyata keçirməklə yardım toplamaqdan başlayıb. Daha sonra Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, diplomatik missiya rəhbərinin xanımı da daxil olmaqla Azərbaycanda bir çox başqa təşkilatlara yardım üçün məktub yollayıb.
Layihə xərclərini: avadanlıq, arı pətəkləri, təlimçilərin xərclərini maliyyələşdirmək üçün 3235 ABŞ dolları toplamağa nail olub. Yerli bələdiyyənin məsləhəti ilə təlimçiləri seçib və nəzərdə tutulan 15 məcburi köçkünü seçmək üçün müraciətçilərlə söhbət edib. 4 mart 2018-ci ildə arıçılıqla bağlı əsas təlim kurslarına start verilib. Həmçinin xərclərin azaldılması və layihənin stabilliyinin qorunması üçün pətəklərin inşaat təliminə başlanılıb. Layihədə iştirak edənlər tərəfindən əl işindən ibarət arı pətəkləri hazırlanıb. Arı yeşiklərində arıların çoxalması üçün Ana arılar alınıb. Beləliklə, iyunun 6-dan avqusta qədər davam edən əsas arıçılıq prosesini başladıb.
Van Kim yay tətilində Xocavəndə səfər edərək layihənin uğuruna şahid olub, həmçinin rayonun icra başçısı, təlimçi və iştirakçılarla söhbət edib, layihənin gələcək planları ilə bağlı müzakirələr aparıb. O, Xocavənddə məcburi köçkün olan arıçılara yardım etmək üçün könüllü işlərə qoşulmaqla bərabər, layihəni tanıtmaq üçün Xəzər TV-nin müxbirinə müsahibə verib.
Bu il avqustun axırında toplanan Xocavənd balının ədalətli ticarətə uyğun olaraq satışı və marketinqi həyata keçirilib. Xocavənd və "Arı mənim işimdir" layihəsi arasındakı əməkdaşlığı ifadə edən qablaşma üçün etiketlər dizayn olunaraq nəşr edilib. Belə ki, hər birinin çəkisi bir kiloqram olan 100 bal bankası Bakıya göndərilərək satılıb. Satışa və məcburi köçkünlərə kömək məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycanın digər ərazilərində məskunlaşmış məcburi köçkün ailələrinə paylamaq üçün 40 kiloqram (80 banka) bal alıb.
Layihənin ikinci mərhələsini maliyyələşdirmək üçün diplomatik missiya rəhbərinin xanımı 1765 ABŞ dolları həcmində yardım edib. "Arı mənim işimdir" layihəsinin ikinci sessiyası sentyabrın 22-də başlayıb və 2019-cu ilin sentyabr ayınadək davam edəcək.
Layihənin tanıtımı
Van Kim "Arı mənim işimdir" layihəsi üçün arıçılıqla bağlı bir kitab nəşr etdirib. Məqsəd layihəni Azərbaycanın digər bölgələrində yaşayan məcburi köçkünlər arasında təbliğ etməkdir.
Van Kim layihəni və məhsulları təqdim edərək 29 sentyabr 2018-ci il tarixdə Dövlət Komitəsində Xocavəndin işğalı ilə bağlı keçirilən anım mərasimində "Arı mənim işimdir" layihəsini respublika səviyyəsində tanıtmağa müvəffəq olub. Layihənin təmsilçisi olaraq bu tədbirdə çıxış etməklə bərabər, Oh My Youth (www.ohmyyouth.com ) saytı vasitəsi ilə layihəni təbliğ edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri digər bölgələrdə yaşayan məcburi köçkünləri də özünüməşğulluq üçün layihəyə başlamağa ruhlandırıb.
"Arı mənim işimdir" layihəsi Xocavənddə qaçqınlara davamlı yaşayış imkanları yaratmaq və bu imkanları genişləndirməklə Azərbaycan cəmiyyətinə verdiyi böyük töhfələrə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Xocavənd şəhərinin icra başçısı Eyvaz Hüseynov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən mükafatlandırılıb. Təhsil Nazirliyi də bu günlərdə Van Kimi layihənin icrası ilə bağlı uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
"Ari mənim işimdir" layihəsinin ictimai təsiri Azərbaycanın aparıcı universitetlərindən olan Bakı Dövlət Universitetinin Sosial işlər departamentinin müdiri Üzeyir Şəfiyev tərəfindən tədqiqat işi olaraq nəzərdən keçirilib və onun "Özünüməşğulluq proqramı insan resurslarının inkişafında ictimai yönümlü layihə" məqaləsində bir nümunə kimi təqdim edilib.
Layihənin uğuru KİV-in diqqətindən kənarda qalmayıb. "Arı mənim işimdir" layihəsi haqqında süjet yerli telekanallarda yayımlanıb. Həmçinin müxtəlif saytlar ondan bəhs ediblər.
"Arı mənim işimdir" layihəsinin ilk sessiyasını "case study" kimi istifadəyə verərək, onun regional, sonra milli və nəticədə beynəlxalq səviyyədə daha geniş məcburi köçkün kütləsini əhatə etməsinə nail olmaq və layihənin genişləndirilməsi üçün stabil model yaratmaq əsas viziondur.
"Arı mənim işimdir" layihəsinin maliyyələşməsində məktəbdə vafli satışı ilə bərabər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, missiya rəhbərinin xanımı, Xocavənd şəhərinin icra başçısı, həmçinin Seul-Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və G.İ.V.E tərəfindən yazılan məktublara cavab verən digər şəxslərin sponsorluğu da var.
Van Kim layihənin marketinqini təşkil edərək məktəbdə və 2018-ci il Yale gənc qlobal alimlər sessiyasında offline səylər göstərib. Bal satmaq üçün öz biznesini yerli supermarket şəbəkələri vasitəsi ilə idarə etməklə yanaşı, Xocavəndin qaçqın və məcburi köçkünlər üzrə nümayəndəsini BMT-nin Azərbaycandakı İnkişaf Proqramının "ABAD"la əməkdaşlıq layihəsi ilə tanış edib.
Xarizmatik səylər və istəklərə olan inanc
Xüsusi qeyd edilməlidir ki, "Arı mənim işimdir" layihəsi Azərbaycan cəmiyyətinə təsirsiz ötüşməyib. Layihənin ilkin mərhələsi arıçılıq mövzusunda təhsilli və pətək qurmaq üçün lazımi vəsaitə sahib olan bir neçə məcburi köçkün ailəsini əhatə edirdi. Layihənin bir çox müsbət nəticəsi var idi, ancaq bir neçəsinin adını qeyd etmək olar: ailələr üçün davamlı gəlir, sadə adamların diqqət toplayan problemlərin həllinə yanaşması və yerli hakimiyyət orqanlarının dəstəyi, layihənin başından bəri müəssisə miqyası əsas alınaraq dizayn olunduğu üçün layihənin faydaları və davamlılığı.
Bu layihə yalnız yardım olunan ailələrə iqtisadi dəstək baxımından deyil, həm də onların mənəviyyatı və daha yaxşı və müstəqil gələcəyə ümid bəsləmələri baxımından uğurlu olması ilə diqqət çəkib. Cənab Kimin işi layihənin başlanğıcı, vəsait üçün kapital yığmaq məqsədi ilə fond toplaması, layihənin həyata keçirilməsinə və idarə olunmasına nəzarət etmək üçün mülki və hətta dövlət dəstəyi əldə etməsi onun qeyri-adi və xarizmatik səyləri ilə tanına bilər. Bu xüsusiyyətlər heç şübhəsiz, gəncin istək və cəhdlərinə olan inancından qaynaqlanır. Məhz belə bacarıqlılıq 22 sentyabr 2018-ci ildə başlayan 2-ci mərhələyə də yol açıb. Van Kimin səyləri vətəndaşların, hökumət rəsmilərinin və hətta milli mətbuatın diqqətini cəlb edəcək bir şəkildə daha çox diqqət cəlb etməyə, daha yaxşı ünsiyyətə və azərbaycanlı qaçqınların özünü inkişaf etdirməsinə töhfə verib.
Milli.Az