Bu gün Balakəndə tarixi bir hadisəyə şahidlik edirik. Bu bölgənin, eləcə də Balakənin ən məşhur meyvələrindən olan xurma ilə bağlı festivalın iştirakçısı olduğum üçün çox xoşbəxtəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.

Konsul vurğulayıb ki, xalqın, bu qədər insanın bayram əhvali-ruhiyyəsi ilə bura toplaşması onu göstərir ki, bu günün bölgə üçün xüsusi əhəmiyyəti var. "Festivalın istər Balakən, istərsə də Azərbaycan üçün xeyirli olmasını arzulayıram",- deyə Zəki Öztürk bildirib.

Milli.Az