Neftçalada yanğın qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Neftçala rayonunda ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin qamışdan ibarət tavanı 36 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az