Bakıda qadın polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

Publika.az xəbər verir ki, Nəsimi rayonu Füzuli küçəsində yaşayan Zülfiyyə Quliyeva 21 yaşlı qızının naməlum şəraitdə itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, 21 yaşlı qızı Türkan Bolat oktyabrın 24-də saat 12 radələrində mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Z.Quliyeva qızının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.