Rusiyadan İrəvana ŞOK, Qarabağla bağlı QƏRAR VERİLƏCƏK TARİX... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
27 Oktyabr 2018, 20:03·1 baxış·18 dəq oxu
25-26 oktyabr tarixlərində Bakıda VI Beynəlxalq
Humanitar Forumu keçirilib. ABŞ Prezidentinin milli təhlükəsizlik
məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfər edib.
Azərbaycanın xarici işlər naziri Bakının Dağlıq Qarabağ
münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin
başlanğıcına malik olan substantiv danışıqların davamına hazır
olduğunu bildirib. Rusiya Dövlət Dumasının deputatı Dağlıq Qarabağ
və ətraf 7 rayonun heç bir ilkin şərt olmadan Azərbaycana
qaytarılmalı olduğunu bildirib. Nikol Paşinyan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı növbəti qəbulolunmaz bəyanatla çıxış edib.
Moskva “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında
müqavilə”dən çıxmaq istəyən ABŞ-dan izahat istəyib. Rusiya
Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib. Səudiyyəli
jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yeni detallar ortaya
çıxıb.
Azərbaycan, Dağlıq Qarabağ
25-26 oktyabr tarixlərində Bakıda VI Beynəlxalq
Humanitar Forumu keçirilib. “Yeni dünya və yeni insan
formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən
budəfəki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə
iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə müşaviri Con Boltonu qəbul edib.
İlham Əliyev Con Boltonu qəbul etdi - FOTO (YENİLƏNDİ)
Con Bolton Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarovla görüşüb.
Con Bolton: ABŞ-ın Azərbaycanla münasibətləri strateji əhəmiyyət kəsb edir
ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri
üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı
mətbuat konfransı keçirib.
Boltondan Qarabağ AÇIQLAMASI: Bu, ABŞ üçün...
"ABŞ enerji resurslarının alternativ təchizatçısı
kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir". Bunu
jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Con Bolton deyib.
O qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə görüşdə
geniş müzakirə olunub: "Azərbaycanın beynəlxalq enerji
bazarlarındakı iştirakı məsələsini müzakirə etdik. O cümlədən Cənub
Qaz Dəhlizi layihəsi xüsusilə əhəmiyyətə malikdir. Bizim üçün
Azərbaycanın bu sferada aktiv rolunun qorunması böyük önəm
daşıyır".
"Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda
olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri
münaqişənin həllinə hazırdır, yoxsa yox". Bu sözləri
jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarov deyib.
Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən... - Elmar Məmmədyarov
"Fransa şəhərlərinin merlərinin Azərbaycanın işğal
olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini
Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim
olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa
Xarici İşlər Nazirliyinə müraciət edib".
Ona bildirdik ki, əgər Fransa... - Məmmədyarov
Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll
etməlidir. Bu barədə ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda
jurnalistlərə açıqlamasında deyib.
Bolton münaqişənin həllinin çətin olduğunu diqqətə çatdırıb.
“Əgər asan olsaydı, bu problem çoxdan həll edilmişdi. Mən bura
ABŞ siyasətində hansısa dəyişikliyin olduğunu deməyə gəlməmişəm,
yaxud münaqişənin həlli ilə bağlı yeni təkliflər gətirməmişəm.
Tərəflər bir-biri ilə işləməli, həll variantını tapmalıdır.
Ermənistana xarici təzyiqin aradan qalxmasının ən yaxşı yolu Dağlıq
Qarabağ münaqişəsinin həllidir”, - deyə o bildirib.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir
irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun
təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı.
Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək,
Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”.
Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda
seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni
proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına
çalışır.
“Buna görə də Ermənistan sərt xətti davam etdirir, Düşənbə
razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında
olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan
mövqeyini sərgiləyir. Paşinyanın istəyi status-kvonu saxlamaqdır”,
- deyə o bildirib.
Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal
edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı
Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına
daxil ediləcək. Bu barədə Fransanın Sent Etyen
şəhərinin merinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə
səfərinə dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində
deyilir.
Fransalı merin adı XİN-in "qara siyahı"sına salındı
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli
şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan
substantiv danışıqların davamına hazırdır”. Bu barədə
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə
müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı nəticəyə hesablanmış məsuliyyətli
dialoqun irəliləyişi haqqında mövqeyini dəfələrlə səsləndirib:
“Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, qaçqın və məcburi
köçkünlərin qayıdışı və onların təhlükəsizliyinin təmin edilməsi,
Dağlıq Qarabağa Azərbaycan və erməni icmalarının iştirakı ilə geniş
muxtariyyət hüququnun verilməsi və s. MDB-nin Düşənbədə keçirilən
son sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın
baş naziri arasında məzmunlu dialoqun keçirilməsi də Azərbaycanın
münaqişənin həllinə hazırlığının aşkar nümunəsidir. Əfsuslar olsun
ki, İrəvanda hakimiyyət dəyişikliyi və indiyə qədər müşahidə olunan
siyasi burulğan prosesi tormozladı. Ümid edirik ki, Ermənistan
rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum
çağırış əsasında danışıqlar prosesinin davamı üçün siyasi iradə
nümayiş etdirə biləcək”.
“ABŞ Gürcüstan və NATO arasındakı ittifaq
münasibətlərindən istifadə edərək hərbi gəmilərini Qara dənizdə
yerləşdirməyə çalışır. Vaşinqton həmçinin, Şərqi
Anadoluda öz bazalarını yaratmağa çalışacaq. Bunun üçün Türkiyədən
bir sıra limanları tələb edə bilər. Bununla yanaşı, Bakıya da yeni
təkliflər verilə bilər”. Bu barədə rusiyalı politoloq Sergey
Markedonov deyib.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı prinsipial
olaraq Cənubi Qafqazda da vəziyyəti dəyişdirə bilər.
“ABŞ bölgədə faktiki olaraq təsir imkanlarını itirir. Azərbaycan
Vaşinqtonla əməkdaşlıq edir, özünün qlobal enerji layihələrini
reallaşdıraraq, Avropanın enerji təhlükəsizliyinin zamini kimi
çıxış edir. ABŞ prezidentinin müşaviri Con Bolton Bakıya səfərində
Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni
ideyalar təqdim edə bilər. ABŞ anlayır ki, Ermənistanı Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından tezliklə çıxarmaq
alınmayacaq, buna görə də Bakıya tərəf əyilir”, - deyə o
bildirib.
“Dekabr ayında Ermənistanda növbədənkənar parlament
seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı
dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”.
Bu barədə erməni politoloq Armen Sarkisyan deyib.
Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ - Sarkisyan GİZLİNLƏRİ AÇDI
Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o
haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı
Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Bu
barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib.
Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan
xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da
hesablanmış ola bilər: “Belə cəhdlər dəfələrlə olub. Lakin burada
ABŞ-ın İrəvandakı səfirinin “münaqişənin istənilən həll variantı
ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə
nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin
həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan
seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq
üçün zaman istəyib”.
Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin
həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün,
“Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci
prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli
üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ
səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ
ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq”.
“Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında
iştirak etmədiyi müddətdə münaqişənin həlli
uzaqdadır”. Bu barədə Ermənistanda baş nazir
səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan parlamentin baş
nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı
zamanı deyib.
Paşinyandan Qarabağla bağlı ŞOK AÇIQLAMA - Bu dəfə daha da İRƏLİ GETDİ
Dağlıq Qarabağ konfliktinin həllində Petrosyan
dövründəki tezisə dönüş etmək olmaz. Bunu “Ayots
Aşxar” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert
Köçəryan deyib.
“Məncə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük səhvimiz
hələ Levon Ter-Petrosyan dövründə irəli sürülən tezisdir. Həmin
tezis Ermənistanın Qarabağ hakimiyyətinin razılaşacağı istənilən
sülh müqaviləsinə qol çəkməyə hazır olması barəsindədir. Bu yanaşma
bizim üçün Lissabon sammitində arzuolunmaz qətnamənin qəbul
olunması ilə nəticələndi”, – deyə o bildirib.
O, belə yanaşmanın Qarabağı az sayda resursla danışıqlar
masasında yalnız qoyduğunu deyib.
“Operativ əlaqə təmas xəttində təsadüfi
eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək
səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu
razılıqdan asılı olmayaraq, müharibə olacaq”. Bunu
Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini,
hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən
Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə
Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı
Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır.
Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü
baxımından Ermənistandan kifayət qədər üstündür.
Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili
siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər
olmayıb.
“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma
tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə
edib.
Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt
olmadan Azərbaycana qaytarılmalıdır. Bunu VI Bakı
Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış
məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı
işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev
deyib.
2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa
ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif
edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı.
Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən
“Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid”
adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev
deyib.
Aprel savaşı zamanı ermənilər bunu ediblər ki... - Rus deputat GİZLİNLƏRİ AÇDI
"Rusiya təmsilçisi kimi qeyd edə bilərəm ki,
KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı
bir ölkənin quruma üzv olma imkanını alqışlayır”.
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün
üzvlüyü məsələsinə münasibət bildirərkən deyib.
Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto
qoyacağına dair səsləndirdiyi bəyanatı şərh edən Dmitri Savelyev
qeyd edib ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir
edir: "Biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində
israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv
olmasının tərəfdarıyıq".
“Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq
Qarabağ münaqişəsinə dirənir”. Bu sözləri VI Bakı
Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış
məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı
işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko
dilə gətirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra
edən Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı
indiki vəziyyətində qalacaq və heç bir inkişafdan söhbət
getməyəcək: "Problemin həll olunmaması investisiyalar üçün böyük
hərbi-siyasi risklər daşıyır. Paşinyan korrupsiya ilə mübarizə və
əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə
də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha
da çökəcək".
Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı
planlaşdırır. Bu barədə erməni siyasi şərhçi Naira
Ayrumyan deyib.
Ayrumyan qeyd edir ki, Rusiya, Türkiyə və Azərbaycanın
münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi
haqqında məlumatlar var: “Hətta fikir var ki, Ermənistanda bu ilin
dekabrında növbədənkənar parlament seçkiləri keçirmək qərarı Dağlıq
Qarabağ münaqişəsi üzrə danışıqların sürətləndirilməsi ilə
bağlıdır. Rusiya münaqişənin “Lavrov planı” üzərindən həll etmək
niyyətindədir. Lakin ABŞ buna qarşı çıxır. ABŞ prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı
“münaqişəni tərəflər özləri həll etməlidir” açıqlaması da əslində
Rusiyanın “Lavrov planı”na qarşı deyilmiş sözlərdir. Vaşinqton
Rusiyanın Qarabağ planlarını sındırmağa çalışır. Məlumatlar var ki,
ABŞ bunun üçün Ermənistana silah sata bilər. Məqsəd İrəvanın
mövqelərinin gücləndirilməsidir”, - deyə erməni şərhçi
bildirib.
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol
Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Con Boltonu onun adından danışmamağa
çağırıb.
Paşinyandan Qarabağla bağlı ŞOK AÇIQLAMA - Bu dəfə daha da İRƏLİ GETDİ
Ermənistan
Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin
İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb
Tayyip Ərdoğana müraciət edib. Sarkisyan noyabrın
11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd
ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni
soyqırımı”nın “tanınması”na səbəb olacağına ümid edir.
Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu
bildirib.
“Mən Ərdoğana deyərdim: salam, cənab prezident. Düşünürəm, biz
müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm.
Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və
Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında
danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin
və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən
xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama
yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə Sarkisyan
iddialı çıxış edib.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyədə “S-400” zenit-raket komplekslərinin
quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanacaq.
Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin
oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq.
Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək,
orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə
başlayacaq”, - Akar deyib.
Ankaranın Rusiyadan S-400 kompleksləri alması onun
CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla
nəticələnəcək. Bunu TASS agentliyinə açıqlamasında
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə
görə, Türkiyənin bu addımı ölkələr arasında müdafiə sferasındakı
ticarətə təsir edə bilər.
O, ABŞ-ın xeyli öncə Türkiyəyə bu ticarətdən narazı olmasıyla
bağlı xəbərdarlıq etdiyini bildirib.
ABŞ Türkiyəyə 2019-cu ilin martında daha iki “F-35”
qırıcısı verəcək. Bu haqda Türkiyənin müdafiə naziri
Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq qırıcılar Malatyada
təyyarə bazasında yerləşdiriləcək.
“Orada müvafiq infrastrukturun yaradılması üzrə intensiv işlər
davam edir. Hər şey plan üzrə gedir. Üçüncü və dördüncü təyyarələr
növbəti ilin martında veriləcək”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II”
beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vilayət
başçılarının toplantısında Münbiç əməliyyatının anonsunu
verib. Prezident Münbiçdə dağılan diqqətlərin yenidən
toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini
söyləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin
Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup
toplantısında çıxış edib. Prezident səudiyyəli
jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları
açıqlayıb.
Dünyanın gözü ORADA İDİ: Ərdoğan Qaşıqçı ilə bağlı ŞOK SİRLƏRİ AÇDI - VİDEO
Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) direktoru Gina Hespel Türkiyəyə
gəlib. ABŞ prezidenti Donald Tramp tərəfindən
göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.
Ərdoğan Qaşıqçı bombasını BU GÜN PARTLADACAQ - Dünyanın ən qəddar qadını Ankaraya GÖNDƏRİLDİ
“Kim nə deyirsə-desin, Camal Qaşıqçı cinayəti
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın
birbaşa təlimatı ilə reallaşmışdır. Türkiyəyə göndərilən cinayət
qrupu tamamilə onun yaxın ətrafından ibarətdir”. Bunu
Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi İbrahim Karagül
yazıb.
Başqaları da öldürüləcək, xəritələr dəyişəcək... – 100 il əvvəlki PLAN DİRİLDİ
Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətinin
üstünün örtülməsi və detalların gizlədilməsi qarşılığında Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğana “siyasi rüşvət” təklif
edib. Bu iddia isə ABŞ-ın “Nyu-York Tayms” nəşri
çıxış edib.
İddiaya görə, ABŞ mərkəzli "Nyu-York Times"ın xəbərinə görə,
siyasi təkliflər Kral Salman bin Əbdüləzizə çox yaxın olduğu
bildirilən Məkkə əmiri Xalid əl-Faysal vasitəsilə çatdırılıb.
Faysalın oktyabrın 11-də Ankaraya gəldiyi bildirilir.
Qətərə qarşı embarqonun ləğvinin də yer aldığı təkliflər
paketinin Türkiyə prezidenti tərəfindən rədd edildiyi deyilir.
Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə
Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar
ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum
olub. ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli
səlahiyyətlilərin vizalarının ləğv ediləcəyini, viza qadağası və
digər sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Krallıq min PEŞMAN OLACAQ: ABŞ Ər-Riyadın cəzasını açıqladı
Camal Qaşıqçı cinayətinin araşdırılmasında iştirak
edən səudiyyəli prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını
qəbul edib. Bu haqda Səudiyyə Ərəbistanında
yayımlanan “Əkbəriyə” telekanalı bildirib.
Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi
ilə bağlı əlimizdə başqa məlumatlar da var. Bunu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu 18 nəfər Camal Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü
bilir. Əslində? cinayətkar onların içindədir. Əlimizdə başqa
sənədlər də var. Tələsik davranmaq lazım deyil. Qaşıqçını
öldürənləri Səudiyyə səlahiyyətliləri açıqlayacaq”, - prezident
deyib.
Ərdoğan bazar günü mövzu ilə əlaqədar Səudiyyə Ərəbistanının Baş
prokurorunun Türkiyəyə gələcəyini söyləyib.
Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa
və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli
görüş keçirilib. Vəhdəddin Köşkündə başlayacaq
görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti
Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın
federal kansleri Angela Merkel iştirak edib. Liderlər Suriyadakı
vəziyyəti, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla,
münaqişənin siyasi nizama salınması prosesini müzakirə ediblər.
ABŞ və 6 ərəb ölkəsindən İrana ağır zərbə
gəlib. ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər,
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Oman İranın 9
vətəndaşını “terror siyahısı”na daxil edib.
Onların arasında İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds
Gücləri” elit birliyinin komandiri Kasım Süleymani (İranın Yaxın
Şərqdəki qılıncı adlandırılır –red.) də var. Digər şəxslərin
kimliyi açıqlanmayıb.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin
başçısı Sergey Lavrov ABŞ-ın “Orta və yaxın mənzilli ballistik
raketlərin ləğvi haqqında müqavilə”dən çıxış imkanını şərh
edib. Lavrovun sözlərinə görə, bu sahədə istənilən
hərəkət əks təsirlə qarşılaşacaq.
Lavrov: “ABŞ-a cavab vermək məcburiyyətindəyik”
Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi
Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini
açıqlayıb. O, bu barədə “Valday” müzakirə klubunun
iclasında danışıb.
Peskov Prezident Vladimir Putinin bu barədə açıqlamasını
ictimaiyyətə çatdırıb:
“Rusiya doktrina səviyyəsində müdafiə hazırlığı xarakterli nüvə
təlimləri keçirmək hüququnu özündə saxlayır. Lakin Putin bildirir
ki, Rusiya heç kəsə hücum etməyəcək. Amma hücuma məruz qalarsa,
lazım olan tədbirləri görəcək. Bunu başa düşmək çox vacibdir”.
Keçən həftə Putin “Valday” müzakirə klubunda Rusiyanın nüvə
təliminin konsepsiyası barədə danışmışdı. O, nüvə silahlarının
istifadənin qlobal fəlakətə bərabər olduğunu vurğulamışdı: “Moskva
bu fəlakətin təşəbbüskarı ola bilməz”.
Rusiyaya qarşı nüvə silahından istifadə edilməsi ehtimallarından
danışan Vladimir Putin, təcavüzkardan intiqam almağın qaçılmaz
olduğunu, onun məhv ediləcəyini demişdi.
"ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq
etməyi düşünmür". Bunu jurnalistlərə ABŞ
Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con
Bolton deyib.
O, bu yaxınlarda ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq
etdiyini xatırladıb: “Bildiyiniz kimi, 4 ay bundan əvvəl “Skripal
qalmaqalı” ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etmişik. Bu
sanksiyanı ləğv etmək, yaxud uzatmaq üçün 6 ay vaxt
keçməlidir".
Oktyabrın 25-də NATO soyuq müharibədən sonra ən
böyük hərbi təlimlərə start verib. Hərbi təlimlərə
250 hərbi təyyarə, 65 gəmi, 50 min hərbçi qatılacaq. ABŞ Prezidenti
Donald Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa
biləcəyini açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı
güc nümayişidir.
“Trident Juncture-18” hərbi təlimləri NATO-nun son 30 ildə ən
böyük hərbi tədbiridir. Təlimlər noyabrın 7-də yekunlaşacaq.
Təlimlərdə NATO-nun 31 üzv dövləti iştirak edir.
Vaşinqton Avropaya yeni raketlər göndərərsə, Rusiya
bununla bağlı adekvat tədbirlər görəcək. Bu sözləri
Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ 1987-ci il razılaşmasından çıxandan sonra bu ölkədə
istehsal ediləcək raketlərlə nə ediləcəyi müzakirə mövzusudur. Əgər
bu raketlər Avropaya yollanarsa, biz buna eyni şəkildə qarşılıq
verəcəyik. Eyni zamanda Avropa ölkələri torpaqlarını risk altında
qoyduqlarını anlamalıdır. Bunlar açıq şəkildə ortada olan
məsələlərdir”, - deyə Kreml rəhbəri bildirib.
Yaxın və Ortamənzilli raketlərin məhvi müqaviləsi
ətrafında yaranan son vəziyyət Putin və Tramp görüşünün əsas
müzakirə mövzusu olacaq. Bu sözləri Rusiya Xarici
İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Mən əminəm ki, bu mövzu əsas müzakirə edilən məsələlərdən
olacaq. Biz bilməliyik ki, ABŞ sözügedən məsələdə haraya istiqamət
alıb”, - deyə Ryabkov bildirib.
Qeyd edək ki, Putin Trampla Parisdə noyabrın 11-də
görüşəcək.
Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz
təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən
həyata keçirilirdi. Bu haqda Rusiyanın müdafi nazirinin müavini
Aleksandr Fomin bildirib.
Rusiya bazasına hücumu ABŞ havadan idarə edib - Putin HƏRƏKƏTƏ KEÇİR
On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma
ehtimalı çox yüksəkdir. Bu haqda Varşava
Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı
qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces
bildirib.
Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox
diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin
təhdidinə yönəltməlidir.
Peyklərin məhvi Rusiya və ABŞ arasında baş tutacaq
hərbi konflikt zamanı qələbəni şərtləndirəcək əsas məqam
olacaq. Bunu “Vzqlyad” qəzetinə açıqlamasında
rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.
“Rusiyanın hələ sovet dövründən bu yana peyklərin məhv edilməsi
üçün raketləri var. Bu tip yeni raketlərin sınağının keçirilməsi
isə onların modernləşdirilməsindən xəbər verir. Bu raketlər
olmayacağı təqdirdə müasir hərbi konfliktlərin heç birində qələbə
qazana bilməzsiniz. Peyklərin məhvi sayəsində düşmənin hərbi
qruplarının imkanları dəfələrlə aşağı düşür. Əgər Rusiya ilə ABŞ
arasında hərbi savaş yaransa, burada qələbə üçün əsas şərt
peyklərin məhvi olacaq. Eyni cür raketlər ABŞ və Çində də
mövcuddur. Amerikalılar peykləri dənizlərdə yerləşdirdikləri SM-3
raketləri vasitəsilə məhv edə bilərlər. Hazırda amerikalılar
kosmosda dominantlıq edirlər. Onların təxminən 400 hərbi peyki var,
bizdə isə bu say cəmi 4-dür. Məhz bunun üçün Amerika peyklərinin
neytrallaşdırılması üçün tədbirlər görürük”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə CNBC televiziyası Rusiyanın antipeyk
raketlərinin sınağını keçirməsi haqqında məlumat yayıb. Televiziya
yeni raketlərin silahlanmaya 2022-ci ildə qəbul ediləcəyini
bildirib.
Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət
edilib. Bu barədə ABŞ Prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Bolton danışıb.
Boltonun sözlərinə görə, hələ ki Putinin bu təklifi qəbul
edib-etmədiyi bəlli deyil.
Ukrayna
Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşları
və hüquqi şəxslər barəsində “Ukraynanın düşməncəsinə hərəkətləri
ilə” əlaqədar xüsusi iqtisadi ölçülər haqqında fərman
imzalayıb. Bu haqda Kremlin saytında bildirilir.
Prezident barəsində məhdudiyyətlər tətbiq ediləcək fiziki və
hüquqi şəxslərin siyahısının müəyyən edilməsi haqqında hökumətə
tapşırıq verib.