"Çılpaq fotolarımı yaymaqda, paylaşmaqda qəbahət görmürəm. Bəli, üç övlad anasıyam. Nə olsun ki?! Normal bizneslə məşğulam".

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış erməni Kim Kardaşyan İnstagram profilində belə yazıb.

38 yaşlı Kim Kardaşyan indi üçüncü nikahındadır. O, 2000-2004-cü illərdə Deymon Tomasla, 2011-2013-cü illərdə Kris Hamfrislə nikahda olub. 2014-cü ildən bəri amerikalı reper Kanye Uestlə nikahda olan K.Kardaşyan bu izdivacda üç övlad dünyaya gətirib. Nort Uestin 5 yaşı, Seynt Uestin 3 yaşı var. Çikaqo Noel Uest isə 10 aylıqdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Kim Kardaşyan özünün "KKW Beauty" brendinin yeni kolleksiyasını reklam etmək üçün iki həftədir İnstagram profilində çılpaq fotolarını paylaşır. Bu fotoların sosial şəbəkələrdə çox böyük qalmaqal yaratması, "sən anasan, çılpaq fotolarını yayma" tipli tənələrlə qarşılaşması erməni Kardaşyanı bir qədər "sakitləşdirib".

O, dünən fotoqraf Devil LaŞapelin çəkdiyi sessiyadan qızı Çikaqo ilə birgə fotolarını paylaşıb.

Milli.Az