Səudiyyənin İstanbul konsulluğunda öldürülən köşə yazarı Camal Qaşıqçı ilə bağlı Angela Merkel Almaniyanın mövqeyini ortaya qoyub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Almaniya baş naziri Angela Merkel "Qaşıqçı cinayəti ortaya çıxana kimi Səudiyyə Ərəbistanına silah yoxdur" açıqlamasını edib.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli "Ekberiye" telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib. 

Təhməz Təkin
Milli.Az