Zaur Kamal əməkdar artist Nahidə Orucun sponsoru olmaq istəyir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı bir müddət əvvəl avtomobilini dəyişmək üçün sponsor axtardığını bəyan edən aktrisaya öz sponsorluğunu təklif edib:

"Məndən sənə sponsor olarmı? Sənə maşın da alaram, ev də. Bir xanımı xoşbəxt etmək üçün pul lazımdır".

Nahidə Oruc onun təklifini gülüşlə qarşılasa da, qəbul etməyib: "Maşınım da var, evim də, sevgim də".

Milli.Az