“Bakı forumunda bütün müzakirələr Qazaxıstan üçün vacibdir. Dayanıqlı inkişafın parametrləri beynəlxalq standartlara uyğun olmalıdır. Yoxsulluğun ləğv edilməsi çıxış vacibddir və bu Qazaxıstanın inkişaf proqramları ilə də üst-üstə düşür. Biz hazırda 2019-cu il üçün BMT-yə hesabat üzrərində çalışırıq”.
Publika.az xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının ombudsmanı Əskər Şakirov Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində keçirilən panel-müzakirədə çıxışı zamanı deyib.
Ombudsman bildirib ki, Qazaxıstan insan kapitalına görə, dünyada ilk 30 ölkə sırasındadır: “Rəqabət qabiliyyətinə görə, ilk qırxlıqda mövqe tuturuq. Biz qadınlara qarşı ayrıseçkiliyi rədd edən konvenssiyaya qoşulmuşuq. 2020-ci ilə qədər dövlətin hüquqi modernləşdirməsini nəzərdə tutmuşuq. Bir sıra strateji sənəd qəbul etmişik ki, bunlar dayanıqlı iqtisaqdi inkişafla üst-üstə düşür”.
Müvəkkil əlavə edib ki, dövləti işgəncəsiz cəmiyyət naminə çalışır: “Bunun üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Ommbudsman aparatı olaraq bu isstiqamətdə hökumətə hər tərəfli kömək etməyə çalışır. Biz insan hüquqlarına dair dayanıqlı inkişafın məqsədlərinə uyğun olaraq fəaliyyətimizi davam etdiririk”.
Çıxışının sonunda Əsgər Şakirov əlavə edib ki, Azərbaycanla Qazaxıstanı birləşdirən yalnız karbohidrogen yataqları deyil: “Bizim güclü tərəfdaşlıq ənənələrimiz var və biz bunu təmsil etdiyimiz sahədə davam etdirmək əzmindəyik”.