Əli bıçaqlı qadın bağçadakı uşaqlara hücum çəkib.
Milli.Az Sky News-a istinadla xəbər verir ki, 39 yaşlı, Lui adlı qadın Çinin Çonqinq vilayətindəki "Yudonq yeni əsr bağçası"na hücum edərək uşaqları bıçaqlayıb.
Çin rəsmilərinin verdiyi məlumata görə azı 14 uşaq xəsarət alıb.
Hadisə ilə bağlı ətraflı məlumat verilmir.
Bəxtiyar Umarlı
Milli.Az