"İstanbullu gəlin" serialında rol alan aktrisa Dilara Aksüyek sevgilisi Ceyhun Mengirlioğlu ilə Cihangir istiqamətində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 3 ildir birlikdə olan cütlük əl-ələ kameralara tuş gəlib. Onlar münasibətlərinin evliliyə doğru getdiyini bildiblər.

Dilaranın hər dəfə eyni ködəkçə və Ceyhunun eyni kepkada olduğu da gözdən yayınmayıb.

Qeyd edək ki, Aksüyek adıçəkilən ekran işində İpek obrazını canlandırır.

Milli.Az