Tovuz rayonunda qadın zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun "Semzavod" qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Umarova Almaz Fariz qızı ehtiyatsızlıqdan kimyəvi məhlul içib.

Qadın ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.