İspaniyada tələb olunan öhdəlikləri yerinə yetirə bilməyən lider namizəd şəhər müsabiqədən kənarlaşdırıldıqdan sonra Almeriya ölkənin 2019-cu ildə qastronomiya paytaxtı seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almeriyanın dəstəklənməsinə 10 min vətəndaşın, o cümlədən restoran işi sahəsində çalışan istehsalçı və ekspertlərin imzası toplanıb.

Ekspertlər qeyd edirlər ki, qastronomiya paytaxtı titulu bütün Almeriya əyalətinə öz təsirini göstərəcək və şəhərin yeni prizmadan özünü nümayiş etdirməsinə şərait yaradacaq.

Münsiflər heyəti Almeriyanı "bütün Avropanı meyvə və tərəvəzlə təmin etdiyinə" görə fərqləndirib. Almeriya, həmçinin regional mətbəxdə "dəniz və torpaq" ahənginə görə də tərif qazanıb. Qarruçidən olan qırmızı krevetlər, qurudulmuş səkkizayaqlı ilbiz, qurulos və miqas kimi təamlar yüksək qiymət alıblar.

Almeriya Uelvadan sonra qastronomiya paytaxtı adına layiq görülən ikinci Əndəlüs şəhəridir.

Beləliklə, Əndəlüs əyalətinin bu şəhəri qastronomiya paytaxtı titulunun hazırkı sahibi Leonu əvəz edəcək.

Milli.Az