Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Mucəb jurnalist Camal Kaşıkçının krallığın İstanbuldakı Baş konsulluğunda öldürülməsiylə bağlı açıqlama verib.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, dövlət televiziyasına müsahibəsində o bildirib ki, Türkiyədən daxil olan məlumatlara əsasən, Kaşıkçı işində şübhəlilərin fəaliyyəti cinayətin planlaşdırılmış olduğunu göstərir. Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupunun gəldiyi ortaq qənaət də belədir. Onun sözlərinə görə, Baş prokurorluq cinayətin bütün detalları üzə çıxarılana qədər təhqiqatı davam etdirəcək.
Sübhan / METBUAT.az