Bolqarıstanın 17 bölgəsində güclü külək səbəbindən “narıncı təhlükə” kodu elan olunub.
Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Bolqarıstanın milli meteorologiya və hidrologiya institutu bu barədə məlumat verib.
“Narıncı təhlükə” kodu Vidin, Montina, Vratsa, Pleven, Loveç, Pazardjik, Plovdiv, Qabrovo, Veliko Tırnovo, Ruse, Tırqovişte, Sliven, Şumen, Razqrad, Silistra, Varna və Dovriçdə müşahidə ediləcək. Bu bölgələrdə şimal-qərb küləyinin sürətinin saniyədə 20-25 metrdən 32 metrədək güclənəcəyi ehtimal olunur.