Hollivud ulduzu, aktyor Robert De Nironun restoranında bomba həyəcanı yaşanıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən restorandan patlayıcı olduğu ehtimal edilən şübhəli əşya tapılıb. Partlayış təhlükəsinə görə binadakılar evakuasiya edilib. 

Bildirilir ki, hadisədən bir gün əvvəl Demokratik Partiyanı dəstəkləyənlərə- milyarder Corc Soros, eks-prezidentlər Barak Obama, Corc Buş və CNN telekanalına partlayıcı qurğu olan bağlama göndərilib.

Hal-hazırda bu hadisənin bağlamanı göndərən şəxslərlə əlaqəsinin olub-olmadığı araşdırılır.

Milli.Az