Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.
Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.
İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən "Gənclər şəhərciyi"ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb:
"Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb".
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla