Efiopiyanın yeni prezidenti seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, parlamentin yekun qərarı ilə Sale-Vork Zevde ölkəyə rəhbərlik edəcək. Bununla da Zevde Efiopiya tarixinə ilk qadın prezident kimi düşəcək. 

Bildirilir ki, ölkə başçısının təyinatına 1 həftə qalmış Baş nazir Əhməd Abiy yarısı qadınlardan ibarət olan Nazirlər Kabinetini formalaşdırıb.

Qeyd edək ki, böyük diplomatik təcrübəyə malik Sale-Vork Zevde buna qədər BMT-də çalışıb.

Milli.Az