Tanınmış parodiyaçı Yuri Qriqoryev 81 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadla bildirir ki, bununla bağlı yumor ustası Sergey Drobotenko şəxsi "Facebook" hesabında məlumat verib.

"Yuri Qriqoryev vəfat edib. O, öz çıxışları ilə ölkənin və dünyanın səhnələrində uğur qazana bilib", - Drobotenko yazıb.

Qeyd edək ki, Yuri Qriqoryev Bakıda doğulub və burada təhsil alıb. Artistlik karyerasına da doğma şəhərində başlayıb.

Qriqoryev 1989-cu ildə RSFSR-in Xalq artisti adını alıb.

Milli.Az