Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.