ABŞ-ın Florida ştatının Mayami şəhərində Mexikoya uçmalı olan "American Airlines" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyyə edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə beynəlxalq hava limanının "Twitter" səhifəsi məlumat yayıb.

Məlumatda təxliyyənin təhlükəsizlik problemi ilə bağlı həyata keçirildiyi bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

Milli.Az