Tovuzda gənc qız dərmandan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Məşədilər kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynova Türkan Ədalət qızı dozadan artıq psixotrop dərman qəbul edərək zəhərlənib.

T. Hüseynova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.