Xarici şirkətlərdən rüşvət almaqda ittiham edilən Yunanıstanın keçmiş müdafiə naziri Yannos Papandoniu və xanımı Stavrula Kuraku həbs olunublar.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, keçmiş nazir və xanımı məhkəmənin qərarından sonra paytaxt Afina yaxınlığındakı Koridallos həbsxanasına aparılıblar.

Nazir və xanımı bir İsveçrə bankında saxladıqları 2,8 milyon İsveçrə frankını 2003-cü ildə xarici şirkətlərdən rüşvət olaraq almaqda ittiham edilirlər.

Qeyd edək ki, Yannos Papandoniu 2001-2004-cü illərdə Yunanıstanın müdafiə naziri işləyib.

Milli.Az