Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, 24 km uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Yenidənqurma işlərinə uyğun olaraq yol yataının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq 52 min kub.mhəcmdə yeni yol yatağı inşa olunub.

İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla