Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməkdə davam edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda mətbuat konfransında bankın vitse-prezidenti Vençay Janq deyib.

Vitse-prezident bildirib ki, bu məsələ 2019-cu ilin birinci yarısında baxılması nəzərdə tutulan beşillik strategiyada əks olunub.

V.Janq əlavə edib ki, AİB Azərbaycanda özəl sektorun inkişafını da dəstəkləmək niyyətindədir.

Milli.Az