Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son söz deyib.
O bildirib ki, digər təqsirləndirilən N.Fərəcova hadisədən xəbərsiz olub: "Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmədən xahiş edirəm bunu nəzərə alasınız".
N.Fərəcova isə son sözə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.
Milli.Az