Azərbaycanda qeyri-rezidentlərə "ASAN İmza" mobil elektron imzasının verilməsi sistemi istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ISESCO-nun təşəbbüsü ilə beynəlxalq konfrans keçirilib.

Konfransda qeyd olunub ki, Azərbaycan Estoniyadan sonra e-rezident statusu verən ikinci ölkə olub.

Konfrans çərçivəsində tarixdə ilk dəfə mobil rezident statusu verilib. Bu status ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və Avropa İttufaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa təqdim edilib.

Qeyd edək ki, mobil rezidentlik "Bakcell" mobil operatorunun bazasında hazırlanıb.

Qeyri-rezidentlərin e-imza sertifikatlarının, eləcə də e-rezident statusunun alınması üçün müraciətləri Azərbaycanın səfirlik və konsulluqlarında qəbul edilir.

Milli.Az