Səudiyyə Ərəbistanını paytaxtı Ər-Riyadda 2-ci "Future Investment Initiative" beynəlxalq investisiya forumu dünən işə başlayıb.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, forum Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səudun təşəbbüsü və rəhbərliyi ilə keçirilir.
Bu gün o, forumda çıxıb edib.
Şahzadə Məhəmmədin dediyinə görə, forumda başlıca məqsəd Səudiyyə Ərəbistanı iqtisadiyyatının imkanlarını potensial investorlara nümayiş etdirmək, anlatmaq, ölkənin qeyri-neft sektorunu inkişaf etdirməkdir.
O, Səudiyyə Ərəbistanının suveren dövlət investisiya fondlarının ölkə iqtisadiyyatı ilə yanaşı, xarici ölkələrin maliyyə bazarlarına və çeşidli sektorlarıa ciddi həcmdə investisiyaların yatırılacağını bəyan edib.
Oktyabrın 2-də Səudiyyə Ərəbistanını İstanbuldakı baş konsulluğunda jurnalist Camal Haşoqqi vəhişəcsinə qətlə yetiriləndən sonra ABŞ və Avropadan olan bir sıra iş adamları, təşkilatlar və siyasətçilər foruma qatılmaqdan boyun qaçırıblar.
Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqard, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, "MasterCard"ın rəşbəri Acaypal Banqa, "JPMorgan Chase"in direktorlar şurasının sədri Ceymi Deymon, Google və Uber rəhbərləri, habelə Avstraliya, Çexiya və Yeni Zelandiyanın nazirləri foruma qatılmayıblar.
New York Times, Bloomberg, Financial Times, CNN, CNĞS və Fox TF foruma informasiya dəstəyi verməkdən boyun qaçırıblar.
Səudiyyənin Suveren Dövlət İnvestisiya Fondunun icraçı direktoru Yasir əl Ruməyyanın dediyinə görə, forumda Bəhreyn, Livan, İordaniya, Pakistan, Qabon və Seneqalın dövlət başçıları, habelə Rusiya, Küveyt, Türkiyə, Yaponiya, Cənubi Afrika Respublikası, İtaliya, Çin və Efiopiyanın nümayəndə heyətləri iştirak edirlər.
Fransanın "Total" neft şirkətinin rəhbəri Patrik Puyanne və ABŞ-ın "Baker Hughes" şirkətinin prezidenti Lorenso Simonelli də forumdadır.
Milli.Az