Səudiyyəli rəsmilər öldürülən jurnalist Haşoqqinin itkin düşməsi barədə diqqəti yayındırmaq üçün dublyordan istifadə olunduğunu etiraf ediblər.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, bu iddianı ABŞ-ın AP informasiya agentliyi yayıb.
Agentliyə açıqlama verən rəsmi nümayəndə iz itirmək üçün dublyor istifadə olunduğunu etiraf edib.
Onun dublyorunun təhlükəsizlik kameralarına düşən görüntüləri əldə olunub.
Xatırladaq ki, jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb. C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.
Bəxtiyar Umarlı
Milli.Az