Metroda eskalatorun qırılması nəticəsində futbol fanatı ayağını itirib.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Roma"(İtaliya) - MOİK (Rusiya) oyunundan əvvəl Roma metrosunda eskalatorun xarab olması nəticəsində 30 nəfər xəsarət alıb.

Sosial şəbəkədə yayılan görüntülərə görə eskalator anidən sürətlənib, sərnişinlər bir-birinin üstünə yıxılıblar.
Hadisə metronun "Repubblica - Teatro dell'Oper" stansiyasında baş verib. Xəsarət alanların ölüm təhlükəsi yoxdur.
Hadisə şahidlərinin dediyinə görə, eskalatorun qırılmasına səbəb fanatların tullanıb-düşməsi olub.
Rusiyanın İtaliyadakı səfirliyindən bildirib ki, 30 nəfər xəsarət alıb, 17 nəfər xəstəxanaya yatırılıb.

Sky Italia-nın məlumatına görə, bir nəfər ayağını itirib. Onun ayağı eskalatorun dillərinin arasında qalıb.
Paralel eskalatorda olan sərnişinlər bir nəfəri qəzadan xilas edə biliblər. O, cəldliyi sayəsində eskalatordan bu biri tərəfə tullanıb.
Romanın icra hakimi Virginia Raggi hadisə yerinə baş çəkib. O, açıqlamasında bildirib ki, sərnişinlər sərxoş halda rəqs edib, eskalatorda tullanıblar. Onların əllərində daşıdıqları şüşələrin qırılması nəticəsində xəsarət alanların sayı daha da artıb.

Stansiyanın çıxışı 35 dəqiqə müddətinə bağlı olub. Fövqəladə halların nümayəndəsi bildirib ki, eskalatorun, sadəcə, bir hissəsi zərər görüb.
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: