Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayonun Taxtakörpü qəsəbəsində Türkiyənin “Polat Alt Yapı” yol tikintisi şirkətinin əməkdaşı Çələbiyev Orxan Fətulla oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, Ağcabədi-Zərdab yolunun tikintisi ilə əlaqədar torpaq ölçmə işləri zamanı O.Çələbiyev elektrik naqilinə toxunub. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.