Türkiyənin cənub-qərbində Muğlada zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar 4 bal gücündə qeydə alınıb.

Zəlzələ səhər saatlarında, yerin 7 km dərinliyində baş verib.

Zəlzələ dağıntılara və insan tələfatına səbəb olmasa da, əhali təşvişə düşərək evlərini tərk edib.

Milli.Az