Meksikalı aktrisa Eyza Qonsales sevgilisi, aktyor Coş Dyuamellə münasibətlərinə son qoyub.
Milli.Az The Sun-a istinadən bildirir ki, Cənubi Afrika Respublikasında istirahət edən 28 yaşlı aktrisa bu barədə İnstagram profilində məlumat verib.
O, istirahət əsnasında çəkdirdiyi fotoları da paylaşıb.
"Welcome to Marwen" filmində baş rollardan birində çəkilən aktrisa hazırda Kristof Valts və Cennifer Konelli ilə bahəm "Alita: Battle Angel" lentində rol alıb.
Milli.Az