Ukraynanın paytaxtı Kiyevin mərkəzində kran maşını 17 avtomobili əzib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Kran maşınının sürücüsü əyləc sisteminin işləməməsinin qəzaya səbəb olduğunu iddia edir.
Polis faktı araşdırır.
Milli.Az