Meksikanın Mexiko şəhərində alkoqol fabrikində güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mexiko Mülki Müdafiə Xidmətinin rəhbəri Fausto Luqo bildirib.

F.Luqo deyib: "Alkoqol fabrikində baş verən yanğın nəzarət altına alınıb, bir nəfər xəsarət alıb, 2 min insan təxliyə edilib".

Milli.Az