Xəzəryanı ölkələrdən olan sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Həştərxan vilayəti və Azərbaycan tərəfi dəstəkləyib.
"Həştərxan-Azərbaycan" qadın sahibkarlığı forumu 3 gün ərzində keçiriləcək və təxminən 350 nəfər iştirak edəcək.
Tədbir çərçivəsində ustad dərsləri, ekspert sessiyaları, qadın sahibkarların biznes layihələrinin təqdimatı keçiriləcək.
Milli.Az