Səudiyyə Ərəbistanının enerji, sənaye və mədən
qaynaqları naziri Xalid əl-Falih jurnalist Camal Qaşıqçının
öldürülməsindən sonra baş verən proseslərin qlobal neft bazarına
təsirini şərh edib.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, Falih OPEC
və digər ölkələrlə əməkdaşlığı davam etdirmək istədiklərini
bildirib.
“Aramızdakı anlaşmanın vaxtını müddətsiz uzatmaq istəyirik. Bu
anlaşma 2020, yaxud 2021-ci illə məhdudlaşmayacaq. Yeni anlaşmanı
dekabrın 7-də Vyanada keçiriləcək toplantıda imzalamaq istəyirik.
Gələn il neft istehsalında hansı addımlar atılacağı, neftin
istehsalının artırılacağı, yaxud azaldılacağı hələlik
dəqiqləşməyib. İran, Liviya, Nigeriya, Meksika və Venesuela kimi
ölkələrin neft istehsalı sərt şəkildə azala bilər. Digər tərəfdən,
ABŞ-ın da neft istehsalını azaldacağı gözlənilir. Bu neftin
qiymətinə təsir edə bilər. Buna görə də bütün vəziyyətlərə hazır
olmalıyıq. Əgər İrana qarşı enerji sanksiyaları tətbiq ediləcəksə,
OPEC və digər ölkələr yaranmış boşluğu doldura bilər, lakin neft
qiymətinin 100 dolları keçməyəcəyinə heç kim zəmanət verə bilməz.
Qaşıqçı cinayəti isə neftin qiymətinə təsir göstərməyəcək. Çünki
illərdir biz nefti iqtisadi vasitə olaraq istifadə etdik və
siyasətə qarışdırmadıq. Buna görə də Qaşıqçı hadisəsinə görə neft
embarqosu tətbiq etməyi düşünmürük”, - deyə o bildirib.
Asif