Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə telefonda danışıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, XİN rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı müzakirə etdikləri məsələlərin davamı üçün telefon danışığı ediblər.

Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, Ərdoğan və Tramp telefon danışığı zamanı ikitərəfli əlaqələrdən əlavə, terrorla mübarizə, Camal Kaşıkçı məsələsi və Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə və ABŞ xarici işlər nazirlər oktyabrın 17-də Mayk Pompeonun Ankaraya səfəri zamanl görüşmüşdü.

Günay Elşadqızı / METBUAT.AZ