Fransanın paytaxtı Parisdə orta məktəbdə çəkilən görüntülər bütün ölkədə əks-sədaya səbəb olub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, məktəbin 16 yaşlı şagirdi dostunun silahı ilə müəlliminin onu dəftərinə “iştirak etməyib” yazmaması üçün hədə-qorxu gəlib.

Görüntülərin internetə düşməsi ilə hadisə ölkəsə şok təsiri yaradıb. Ölkənin prezidenti Emmanuel Macren hadisəyə sərt reaksiya verərək “qəbul edilməz bir hadisə” olaraq dəyərləndirib. Daxili İşlər Naziri isə “hadisənin bir daha yaşanmaması üçün” lazımlı cəza tədbirlərinin görülməsini tələb edib.

Gənc barədə cinayət işi başladılıb. Saxta silahı məktəbə gətirən digər şagird isə hadisənin sadəcə “zarafat” olduğunu bildirib.

https://metbuat.az/news/1045879/musterisine-masaj-...