Şabran rayonunda "VAZ" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az