Amerikanın Cənubi Karolina ştatının Klemson şəhərindəki yaşayış kompleksi binalarından birində keçirilən əyləncə gecəsi zamanı döşəmə uçub. Nəticədə 30 nəfər xəstəxanaya yerləşdirilib.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə polisə istinadən "FOX Carolina" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə bazar gününə keçən gecə baş verib. Yaralıların vəziyyəti haqqında məlumat yoxdur.
Milli.Az