Səudiyyəli jurnalist Camal Haşoqqinin öldürülməsi ilə bağlı işə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın ədliyyə naziri şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib.
Nazirin sözlərinə görə, C.Haşoqqi insidenti "krallığın suveren ərazisində" baş verib və jurnalistin öldürülməsi ilə bağlı işə "bütün zəruri prosedurların başa çatmasından sonra" səudiyyə məhkəməsində baxılacaq.
Bundan əlavə ədliyyə naziri jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı müstəqil araşdırma aparılacağına dair söz verib.
Milli.Az