"Barselona"nın baş məşqçisi Ernesto Valverde, komanda ilə problem yaşayan Arturo Vidal haqda fikirlərini bildirib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, Valverde İspaniya mətbuatına açıqlamasında Vidalla olan problemləri həll etdiklərini deyib:
"Problemi necə həll edəcəyimiz haqda bir fikrimiz var və bu məsələ aradan qalxacaq. Mən Vidalla danışmışam, lakin nə danışdığım haqda heç bir açıqlama verməyəcəm".
Yayda "Bavariya"dan transfer edilən Vidal, əsas heyətdə oynamamasından şikayətlənir.
Milli.Az